Вторник, 19.03.2024, 06:20
Приветствую Вас Гость | RSS
Главная | Регистрация | Вход
Мой сайт
Форма входа
Поиск
Календарь
«  Апрель 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Архив записей
Наш опрос
Какие вы знаете БАДы?
Всего ответов: 103
Мини-чат
200
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Главная » 2010 » Апрель » 5 » Bioloji aktiv əlavələr
    23:16
    Bioloji aktiv əlavələr
    Qidaya bxioloji aktiv əlavələr

    Həyat insanların ən çox saxlamaq istədiyi və ən az qoruduğu bir şeydir.
    (J.Labryuyer)

    Əgər insan özü öz sağlamlığını qoruyursa, onda onun sağlamlığını qorumaq üçün onun özündən yaxşı üsul bilən həkim tapmaq çətin olar
    (Sokrat)

    XX əsrin ikinci yarısında bəşəriyyəti əhatə edən texniki tərəqqinin sürətli axını kəskin surətdə ekologiyanın pisləşməsinə gətirmişdir ki, bu da öz növbəsində ətraf mühitin kimyəvi və radiasiya çirklənməsi, daima artan informasiya həcmi nəticəsində texnogen elektromaqnit sahələrinin yaranması ilə xarakterizə edilir. Bu gün praktik olaraq kimyəvi gübrə və digər sənaye üsulları tətbiq edilmədən yetişən təbii bitki qidaları yoxdur, əti ilə qidalandığımız heyvanlar hormonlarla böyüyürlər, bu isə bizim istifadə etdiyimiz vitamin və mineralların energetik cəhətdən ölü olması deməkdir. Bizim bu ekstremal şəraitdə təkamül nöqteyi nəzərindən sağ çıxmaq şansımız yoxdur. (yəni ki, təbii uyğunlaşma yolu ilə)
    "Rusiya əhalisinin əksəriyyəti müxtəlif orqanizm çirklənmələrindən əziyyət çəkirlər, ona görə də mahoyyətinə görə formaları çoxsaylı nozoloji variantlarda ifadə edilən endoekoloji xəstəliyin yeni xüsusi epidemiyası haqqında danışmaq lazımdır” ( yəni ki, mütəlif xəstəliklər kimi cərəyan edirlər). Endoekologiya problemini əsrin probleminə, bəşəriyyətin məhv olmaması üçün endoekoloji reaksiya (tənzimləmə) – orqanizmin daxili mühitinin bərpa edilməsi, vacib amilə çevrilmişdir. Bundan belə nəticə çıxarmaq olar ki, bugün vacib praktiki işdir. (RTEA akademiyası, Rusiya Tibb elmləri Akademiyasının Sibir Şöbəsinin İnsanın Ümumi Patalogiya və Ekologiyanın ETİ-nin direktoru "Medisinskiy Vestnik” №3, yanvar 1998).
    Yer əhalisinin sayı hər dəqiqə 200 nəfər artır. Yaxım əlli ildə, yəni ki, XXI əsrin ortalarında qida məhsularına qlobal tələbat üç dəfə artacaq, lakin artıq, bu gün aclıqdan 800 milyon insan əziyyət çəkir. Yerin təbii ehtiyyatları tükənmək həddindədir. Humanitar faciədən yaxa qurtarmaq üçün heyvandarığın məhsuldarlığını və səmərəliliyini artırmaq məqsədi ilə sənaye texnologiyalarının istifadəsi daha geniş tətbiq ediləcək. Məsələlərin çoxsaylılığı, insanın qəbul etdiyi qidada istifadə edilən klonlaşdırılmış bitki və heyvanların istehsalı üçün inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da gen mübadiləsinin aktiv tətbiq edilməsi bütün dünyanın tibb işçilərinin və alimlərinin təşvişinə səbəb olur. Təəssüf ki, perspektivdə göstərilən qlobal cərəyanlar davam edəcəkdir. Texnogen fəaliyyyət də genişlənəcək, çətin ki, bəşəriyyət kömürün, neft emalı məhsullarının əldə edilməsindən, atom enerjisindən, kimyanın inkişafından imtina edəcək.
    Belə şəraitdə yalnız, daxili mühitin fərdi vasitələri və müdafiə üsulları, yəni ki, hər bir insanın endoekologiyası yeganə mümkün olan şeydir: "Ayrı-ayrı insanın, eləcə də iri populyasiyaların həyat qabiliyətliliyinin saxlanması ilə bağlı praktik ölçülərin ümumi kompleksdə hüceyrə səviyyəsində rekreasiyanın endoekoloji rolu aydınlaşır” ( bax orda B.N.Kaznaçeyev). İnsanın yaşamasının magistral yolu onun şəxsi özünü mühafizə və uyğunlaşma imkanlarının genişlənməsi və geri qaytarılması olur.
    Bitki və heyvan qidasında olan təbii maddələrin müalicəvi və sağlamlaşdırıcı təsirinin qədim sirləri həmin məqsədlərə çox uyğundur. Bu sirlər əsasən qədim şərq, xüsusən qədim Çin, Tibet təbabətində qorunub saxlanılmışdır (əksər hallarda ilkin şəkildə). Şərq təbabətindən fərqli olaraq Qərb təbabəti hələ Hippokratın vaxtından süni birləşmələrin istifadə edilməsi yolu ilə getmişdir.
    Hal-hazıra qədər sağlamlığın fəlsəfi konsepsiyası olan orqanizmin mübət və mənfi energetik gücləri, yəni ki, İN-rahatlığın rəmzi "qadın” və YAN – fəaliyyətli "kişi” energetik gücləri arasında harmoniya ən-ənəvi çin təbabətinin əsası olaraq qalır. Klassik Çin təbabəti Avropa təbabətinə nümunə deyil. O, həkimlərin dar ixtisaslaşmasını tanımır. Çin təbabətinin yanaşma əsasına universal qarşılıqlı asıllıq prinsipləri daxildir. əgər İn və Yan gücləri tarazlıq vəziyyətindədirlərsə, insan orqanizmində xəstəlik müşahidə edilmir. İn və Yanın nisbətinin tənzimlənməsi əsasında – enerjinin saxlanması – qədim Çin təbabəti profilaktika və xəstəliklərin müalicəsinin çoxsaylı üsullarını işləyib hazırlamışdır.
    Qidada əsasən qədim şərq resseptləri ilə hazırlanan bioloji aktiv əlavələrin istifadə edilməsi, (BAƏ), bizim mürəkkəb və narahat bir dövrdə bəşəriyyətə məhv olmamaq, həm də ləyaqətli, sağlamlıq xoşbəxtliklə dolu həyat tərzi keçirmək şansı verir. Bu, yeni inkişaf səviyyəsində bəşəriyyəti təbiətlə harmoniyaya qaytarmaq cəhdidir. Sivilizasiyanın mənfi nəticələrinin orqanizmə təsirini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan yaradan "TİENS” firmasının BAƏ-i müalicəvi xüsusiyyətləri, qeyri adi tərkibi və orijinal istehsal texnologiyası ilə müəyyənləşdirilir. Onlara mikroelementlərin, vitaminlərin, təbii antioksidantların və digər bioloji aktiv maddələrin tarazlaşdırılmış toplusunu daxil edir. Güclü antistress təsirə malikdir və hazırlanma zamanı istifadə edilən xüsusi texnologiyaya görə zədələnən hüceyrələrin yeniləşdirilməsi və bərpasını təmin edərə, tərkibindəkilərin orqanizmin bütün künclərinə idxal edilməsinə imkan verir.
    BAƏ-nin tətbiq edilməsi, - piylənmə, asteroksleroz, ürək-damar, ankiloji və digər ciddi xəstəliklərdə profilaktikanın, müalicəsinin və reabilitasiyasının ən effektiv, təhlükəsiz fizioloji formasıdır (komplimentar vesitə olaraq).
    Şəkillərdə insan orqanizmindəki hüceyrələrin və ion kalsiumunun mənimsənilməsi dərəcəsi göstərilmişdir.
    Sağlam insan orqanizmi hüceyrələrin ion kalsiumunu mənimsəməsi 30 % səviyyəsində baş verir. Həmin "kalsium darvazaları” vasitəsilə hüceyrələrə qidalandırıcı maddələr düşür və hüceyrələrdən şlaklar çıxır. Qanda pH 7,0-dən az yaxud çox miqdarda dəyişməsi ion kalsiumunun orqanizmin hüceyrələri tərfindən 5-7% səviyyəsində həzm edilməsinə səbəb olur. Bu orqanizmin hüceyrələrinin işinin pozulmasına gətirib çıxarır və hüceyrələrdən şlakların çıxarılmasını çətinləşdirir (hüceyrələrin şlaklarla zəhərlənməsi) ki, bu da öz növbəsində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
    "TİENS” BAƏ sizin orqanizmin hüceyrələrinin normal işini bərpa etməyə imkan verir ki, bunun nəticəsində bir neçə müddətdən sonra xəstəlik və onun xarici təzahürləri yox olur (insan orqanizmində bütün hüceyrələrin özünü bərpa etməsi)
     

    Qərb təbabətinin Şərq Təbabətindən köklü və əhəmiyyətli fərqi onların immun sisteminə munasibətidir. Şərq təbabəti Regenerasiya konsepsiyasının əsasına xəstəliyin profilaktikasını daxil edir, yəni ki, orqanizm sisteminin düzgün qidalanması və xəstəliklərdən qoruyan immun sisteminin möhkəmləndirilməsi.
    Qərbdə atomizm elmi fəlsəfəsinə əməl edilən zaman çinlilər Şərqdə səbr və inadla enerjinin, immunitetin möhkəmləndirilməsi yolu ilə gedir və Regenerasiya nəzəriyyəsini işləyib hazırlayırdılar. Keçən yüzilliklərdə Çin həkimləri və alimləri bitki aləmini əsaslı surətdə öyrənmişlər və bitkilərin müalicəvi xüsusiyyətlərinə ə onların orqanizmi bərpa etmək qabiliyyətinə əmin olmuşlar. Onların fikrincə, Canlını (insanı) müalicə etməkdə yalnız Canlı (bitki) yardım edə bilər.
    "Regenerasiyanın” Şərq üsulu, qərb təbabətindən fərqli olaraq, xəstəliklərlə məşğul olmur və prafilaktikaya üstünlük verir. Regenerasiya elmi, orqanizmin ümumi tarazlığının bərpa edilməsini təbliğ edir. Profilaktika konsepsiyası heç vaxt insanı öz sağlamlığının qayğısına qalmaqdan çəkindirməmiş və həmişə lazımi qidalanma və gigyena vərdişlərinin inkişaf etdirilməsində pasiyentin məsuliyyətini qeyd etmişdir. Fiziki fəallıq və düzgün qidalanma həyat üçün acib hesab edilmişdir.
    Sağalma, orqanların qarşılıqlı təsirinin bərpası prosesində orqanları regenerasiya edən, yaxud dirçəldən və onun sağlamlığını bərpa edən yardım kimi başa düşülür. Eyni zamanda orqanizmin itirilmiş özünübərpa imkanlarnın regenerasiyası baş verir.
    Hind fəlsəfəçisi və tibb tarixçisi D.Sinqx qeyd edir ki, "əvvəlcə hind həkimləri pəhrizlə müalicə etməyə üstünlük verirdilər və o, nəticə vermədikdə onlar dərmanlara müraciət edirdilər. Hind həkimlərinə dərmanların toksikiliyi məlum idi”. Belə bir qədim hind kəlamı var: "Əgər 30 yaşına qədər özünün həkimi olmağı öyrənməmisənsə, onda sən öz ölümünü yaxınlaşdırmısan”.
    Problemə qərb nöqteyi nəzərindən yanaşma əvəzetmə deməkdir və buna klassik nümunə süni ürək ola bilər: sadəcə olaraq köhnəsini yenisi ilə əvəz etmək. Dərman preparatları da bu cür əvəzetmədir.Bütün bunlar həkimin təyinatı ilə orqanizmdə baş verən biokimyəvi prosesləri artırmaq yaxud azaltmaq üçün nəzərdə tutulmuşdur və iki əsas növ tibbi preparatların yardımçı və təkanvericilərin yaradılmasına gətirib çıxarmışdır. Müasir həkimlər təyin etdikləri dərmanların köməyi ilə orqanizmin işini onun əvəzinə görməyə çalışırlar. Qızdırmanı, ağrını, öskürəyi, qusmanı, iştah, təzyiq qalxmasını, xərçəngin çoxalmasını və s. yatıraraq və orqanizmi bu cür reaksiyalara gətirib çıxaran səbəbləri aradan qaldırmayaraq, həkimlər xəstəliyi daxilə qovur və onları xronik cəhətdən sağalmaz edirlər.
    Çinlilər regenerasiya prosesinə, tarazlığın pozulma əlamətlərini axtarmaqla başlayırlar. Çin təbabətçiləri əsrlərlə öyrənirdilər ki, qida məhsulları insanı xəstəliklərdən yalnız profilaktik olaraq qorumur, o həm də insanın itirdiyi sağlamlığını bərpa edir. Çinlilər düzgün qidalanmanı təşkil etmək məqsədi ilə, qarşılarında üç əsas məqsəd qoymuşlar: təmizlənmə, tarazlıq, qidalanma.
    Qədim zamanlarda çinlilər, otların sineqral kombinasiyasını tarazlaşdırılmış qidalanma pəhrizinə əlavə etməklə, orqanizmin mənfi və müsbət enerji gücləri, İN və YAN arasında tarazlığa nail olduğuna inanırlar. Yalnız belə olduqda orqanizm sağlam qalır.
    Onlar çinlilərin Ağac, Od, Torpaq, Metal, Su adlandırdığı yardım siklini, idarəetmə və funksiya siklini lazımi qidayla təchiz edirlər.
    "Ziyan vurma!” xəbərdarlığı həkimlik yoluna qədəm qoyan bütün gənc həkimlər üçün anda çevrilmiş yunan qərb həkimi Hippokrat kimi qədim çin həkimləri də müalicənin təbii enerjisinə inanırdılar. Hipokrat onu "pHusis”,
    çinlilər isə ondan xeyli əvvəl "chi” (Çi yaxud Si) adlandırırdılar.
    Çin dirçəlmə fəlsəfəsinə uyğun olaraq, orqanizmin orqan və funksiyaları onlara təsir edən müəyyən bir qeyri fiziki güclə birləşmişdir. Məhz qeyri-fiziki qüvvələr fiziki gücləri idarə edir. Çi enerjisi bəzi şəraitdə təzahür edir və başqa bir şəraitdə itir. Çinlilərin dediyinə görə, sağalma prosesi, dərhal Çi enerjisinin meydana gəldiyi – fiziki, əqli, emosional və mənəvi şəraitin yaranma prosesidir.
    Şərq təbabəti hesab edir ki: hər bir insanda böyük özünübərpa gücü mürgüləyir və Ruhun və Bədənin enerjisinə düzgün qidalandırma ilə yardım edilsə, o, hər zaman oyana bilər.
    Bizim ənənəvi təsəvvürümüzü sındıran son illərin bəzi qəribə tədqiqatlarına, eləcə də müasirliyin bir çox yayılmış xəstəliklərinə diqqət yetirək (ürək-damar xəstəlikləri, şişlər, endokrin xəstəliklər, QİÇS və s.)
    Ümumdünya səhiyə təşkilatının məlumatlarına görə, dünyada ən çox yayılmış infeksiya – trixomonozdur. Həqiqətən də həmin xəstəlik çox vaxt nəzərə çarpmadan keçir: qadınlarda çox vaxt uşaqlıq yolundan gələn aşındırıcı ifrazatlar şəklində kolpitlər müşahidə edilir, trixomonadların cinsi orqanların qan damarlarında tromblar yaratmasına baxmayaraq, kişilər həmin xəstəliyi ümumiyyətlə görmür və bundan şübhələnməyən kişi qəfldən dəhşətə gələrək, artıq impotent olduğundan xəbər tutur. Bütün bunları uşaqlıq yolunda olan trixominad törədir (yarımzöhrəvi trixomonozun qıcıqlandırıcısı kimi məlum olan). Bizə tez-tez əziyyət verə dişlərin kariyesi və paradontitlərin ağız trixomonozu olduğundan şübhələnən azdır, belə ki, xəstəliklərin törədicisi ağız traxomonadıdır. Ən nəhayət, qastrit və mədə xorası-mədə bağırsaq trixomonozudur.
    Stamotoloji klinikanın 21 yaşdan 82 yaşa qədər bir qrup pasiyentlərinin damaq kisələrinin yoxlanması ağız sistoşəkilli trixomonadların, o cümlədən dəstə şəklində ağ qatılaşdırıcırın olmasını göstərdi. Sonra isə 16-58 yaş həddində olan qadınlar uşaqlıq yolunun trixomonoduna görə müayinə edilmıişlər. Sən demə bütün qadınlar onun daşıyıcılarıymış. Rusiyanın müxtəlif yerlərindən olan 10 yaşından 69 yaşa qədər böyük bir qrup insanın təsbit edilmiş qan preparatları müayinə edilmişdir. Onlar arasında tibb işçiləri, biznesmenlər, fəhlə və alimlər, jurnalist və ekstrasesnlər olmuşdur. Qan analizi müayinə edilənlərin hər birində trixomonodların olmasını göstərmişdir.
    Müasir onkologiya virus-genetik, kanserogen, onkogen, immunoloji, metobolik və s. kimi nəzəriyyələri zündə birləşdirən konsepsiyaya əsaslanır. Konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, bizim hüceyrələr müxtəlif amillərin təsiri altında insanı öldürə bilən müxtəlif şişlərə çevrilə bilər. Xəstəlik özünü biruzə verəndə "şiş” aşkar ediləndə məlum olur ki, xəstəlik törədicisi ilə deyil, şəxsi hüceyrələrlə mübarizə aparmaq lazımdır. Onkoloqların məşğul olduqları da elə budur.
    Bu cür müalicənin nəticəsi məlumdur.Xərçəng xəstəliyinə tutulmuş insanların yalnız 4 nəfərdə 1-i sağ qalmağa ümid edə bilər. Xəstələrin müalicəsi dedikdə tibbi müdaxilədən sonra 5 il yaşamaq imkanı nəzərdə tutulur.
    1989-cu ildə Rusiyada xərçəngin, infarktın və QİÇS-in bioloji qıcıqlandırıcısı müəyyən edilmişdir. Bu trixomaddır. Kəşfin müəllifi T.Y.Svişeva (bağlı ərizələr: 19 iyun 1990-cı il tarixli HK 425, HK 426, HK 427) aparıcı institutlarda çoxsaylı elmi tədqiqatlar aparmış və onlar göstərmişdir ki, xərçəng hüceyrəsi bir hüceyrəli parazitdən başqa bir şy deyil. Beləliklə sübut edilmişdir ki, xərçəng və infarkt parazitar xədtəliklərdir, beləki sonuncuların qıcıqlandırıcıları olan trixomod – insan paraziti və insanın immun çatışmamazlığı virusudur. (İVÇ) – trixonod paraziti. Trixomonod dəstələri orqan və toxumalarda əmələ gəldikdə, onkoloqlar onları şiş, damarlarda əmələ gəldikdə isə kordioloqlar onları tromb adlandırırlar. Əgər tromblar ürək damarlarını bağlasa, təəssüf ki, bu kardioloqların müstəsna hüququ olan infarkta səbəb olur. Əgər tromblar cinsi orqanların damarlarında əmələ gələrsə bu xəstə üçün, xüsusi ilə də hələ onun 40 yaşa çatmasına çox varsa ikiqat faciəli olan impotentasiyaya gətirib çıxarır.
    Trixomonad yırtıcısı özü üçün ən əlverişli şərait tapdığı orqanizm nahiyyələrində yeni törəmələr yaradır. O, yalnız insanın müxtəlif şirə və mikrobları ilə deyil, həm də toxuma və qan hüceyrələri ilə qidalanır, öz toksinləri ilə zəhərləyir və spermotozoidlərin fəaliyətini zəiflədir, onları faqositə edir (yeyir) və kişi və qadın sonsuzluğuna səbəb olur. İnsan orqanizmində üç növ trixomonod parazitlik edir: ağız, bağırsaq və uşaqlıq yolu. Həmin parazit üç mövcudluq mərhələsinə malikdir: qamçılılar, əmöbşəkilli və sistaşəkillilər. Birhüceyrəli özümayalanan cinssiz orqanizm olaraq trixomonad hər dəfə bölünərkən heyvan və fərd hüceyrələri verir, yeni növ, yəni ki, hər bir yeni meydana gələn heyvan hüceyrəsi digərindən nə iləsə fərqlənir. Bu isə immunitetin trixomonoda reaksiya verməməsinin əsas səbəblərindən biridir. Trixomonodlar şəkəri onların yaratdığı geksokinaz fermentinin köməyi ilə parçalyır və bunun nəticəsində enerji az, süd turşusu isə çox hasil edilir.İnsan üçün mühüm qidalandırıcı maddə və şəkəri ondan alaraq, onlar onun qələvi reaksiyalar üçün nəzərdə tutulmuş orqanizmi turşudurlar. Buna görə də onkoloqlar 200-ə qədər diferensasiya edilmiş yeni törəmələr və minlərlə diferensiya edilməmiş yəni ki, bir-birinə bənzəməyən yeni törəmələr hesablamışlar. Xərçəngin tək olmasına baxmayaraq, o, ümumi etiologiyaya yəni ki, trixomonadın yaranmasının yeganə səbəbidir. Bütün qalan amillər, o cümlədən pis ekologiya və zərərli vərdişlər – ikinci dərəcəlidir.
    Bədxassəli hüceyrələr, trixomonadların mövcudluq formalarından biri olub, onlar orqanizmdə immunitetin təsiri altında keçməyə məcburdurlar.
    Deməli xərçəng – trixomonoz olub, onun son mərhələsidir.
    İndi biz anlayırıq ki, xərçəng insanın qeyri-düzgün həyat tərzi keçirməsi, qeyri-düzgün qidalanması, stresslər, ekologiya, medikamentozlar, kimyəvi təsirlər və bir çox digər amillər nəticəsində yaranan bir çox xəstəliklərin son mərhələsidir. İnsan uzun müddət xərçəngə doğru gedir, lakin insan orqanizmində trixomonadı istismar və nəticə etibarilə məhv edə biləcək mühit yaradılıbsa onu müalicə etmək mümkündür- orqanizmin pH 7,0 qədər tarazlaşdırmaq.
    "Tiens” korporasiyasının bioloji aktiv əlavələrinin tərkibində trixomonodların qarşısını daha effektiv şəkildə almaq və sonradan məhv etmək, orqanizmin PH normal qələvi mühitə gətirmək üçün nadir dəst daxildir. Qida bitkilərinin çin düsturları heç bir şeyi müalicə etmirlər. PH müstəqil və təbii şəkildə normallaşdıraraq, müalicəni orqanizm özü edir.
    Bu müalicə sağlamlaşdırıcı effektə malik qidadır.
    Qida əlavələri onlara təkidli ehtiyacın yarandığından nə gec nə də tez yaranmayıb. Bizim yüzilliyin ikinci yarısından başlayaraq, ətraf mühitin şəraiti böyük sürətlə dəyişməyə başlayıb. Son 20 il ərzində ekologiya çox zərər çəkmişdir. Torpaq, hava və su daha sonra isə onların istehsal etdiyi hər bir şeyin, ilk növbədə isə qida məhsullarının tərkibi dəyişmişdir. Müxtəlif ölkələrin alim və mütəxəssisləri arxeoloq və tarixçilərindən tutmuş, bioloq, mühəndis və həkimlərinəcən resepturalar vəmüxtəlif mənbələrdən BAMƏ yaxud BAƏ, ya da qida əlavələri adlandırılan bioloji aktiv qida əlavələrinin əldə edilməsi üsullarını işləyib hazırlamışlar. Onlara uyğunluqda müasir qida məhsulları təbiətin düşündüyü xüsusiyyətlərə qayıdırlar.
    BAƏ müxtəlif xəstəliklərin yalnız qarşısını almır, hətta onlardan bir çoxlarını müalicə edir.
    Çoxəsrlik minillik təcrübə, qədim və müasir çin təbabətinin tövsiyyələri əsasında işlənib hazırlanan "TİENS” çin korporasiyasının bioloji aktiv əlavələri (burada səhvlər istisna edilir) Çin ərazisində yetişən və orada olan bitkilərdən, canlı orqanizm və minerallardan hazırlanmışdır. Bu əlavələr dünyanın 23 ölkəsində, o cümlədən Avstraliyada, ABŞ-da, Kanadada, Yaponiyada sertifikatlaşdırılmışdır. "TİENS” korporasiyasının məhsulu-sağlamlığı, gümrahlığı və uzun ömürlülüyü saxlamaq məqsədi ilə insan orqanizmi üçün qidadır. Təsir effekti növbəti prinsiplərə əsaslanır.
    1. İnsan orqanizmi pozulmuş tarazlığın, yəni ki, özünü tənzimlənməni bərpa etmək imkanına malikdir.
    2. İnsan orqan və toxumalarının əksəriyyəti bərpa, regenerasiya qabiliyyətinə malikdir.
    Bitkilərin, mineralların,vitaminlərin seçilməsi yolu ilə qida əlavələrinin insan orqanizminə təsirinin universallığına nail olunur. Klassik çin təbabəti bəşəriyyət və insan, kişi başlanğıcı-Yan və qadın-İn arasında tarazlıq vəziyyətini tapmağa cəhd edir. Ona görə də "TİENS” qida əlavələri harmoniya tapmağa cəhd edərək orqanizmin bütün sistemlərinə təsir edir.
    Ən mütərəqqi biotexnologiya ilə uyğunlaşdırılmış çin təbabətinin praktik əcrübəsi ilə müdrikliyi məhsulların ən yüksək effektliyini və sağlamlığa və gözəlliyə doğru olan yolu təmin edir.
    İnsan orqanizminə sağlamlıq resepti məlumdur, ona lazımi komponentləri tapmaq və əldə etmək lazımdır.
    "TİENS” korporasiyası biotexnologiyanın nailiyyətləri əsasında, ən-ənəvi çin təbabətinin biliklərini istifadə edərək, sağlamlığı, gümrahlığı, uzunömürlüyü saxlamaq məqsədilə insan orqanizmini qidalandırmaq üçün gigiyenik cəhətdən sağlamlaşdırıcı xüsusiyyətlərə malik çoxlu sayda məhsullar istehsal edir.
    "TİENS” korporasiyasının məhsulu aşağıdakılarla səciyyələnir:
    -kalsiumun yüksək tərkibi və asanlıqla mənimsənilməsinə görə (mənimsənilmə faizi 95-98%), belə ki, kalsium ion səviyyədə sabiyləşdirilmişdir;
    -norlal turşu-qələvi tarazlığı ilə (pH 7,0-7,4);
    -tərkibində çoxsaylı amin turşuların, qidalandırıcı maddələrin, vitaminlərin, mikroelementlərin-dəmir,sink,maqnium və başqalarının olması ilə;
    -kalsiumun ftorla düz mütənasibliyi, bu da öz növbəsində kalsium ionlarının mədə və bağırsaq tərəfindən həzm edilməsinə imkan verir;
    -kollagen və fosfoproteinlərin zənginliyi ilə;
    -əlavə effektin olması ilə;
    -istifadədə rahat olması ilə;
    Bioloji aktiv əlavələr – xəstəliklərin profilaktika və müalicısində dərmanlara təbii alternativdir.
    Diqqət! Qida əlavələri dərmanları əvəz etmir, onlar öz aralarında və sintetik dərmanlarla,onların yanaşı gedən təsirini zəiflədərək və müalicədən sonra həyat qüvvəsinin tarazlığını tamamilə bərpa edərək yaxşı uyğunlaşır.
    Bioloji aktiv əlavələr:
    - adaptogendir;
    - tərkibində stimullaşdırıcılar yoxdur;
    - bir-biri ilə istənilən nisbətdə uyğunlaşır;
    - bütün sintetik dərmanlarla uyğunlaşır;
    - fito və homeopatik preparatlarla uyğunlaşır;
    - müalicədən sonra həyat gücünün balansını bərpa edir;
    - vaxtı uzadılmış təsirə malikdirlər.
    Просмотров: 4646 | Добавил: НЕПОКОРИМЫЙ_ВОЛК | Рейтинг: 3.8/5
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Copyright MyCorp © 2024